Ana Səhifə Sual Və Problemlər Statistika
Adminlə Əlaqə


Bölmələr

Mini-Chat
500

Sorğu




Ana Səhifə » 2009 » Fevral » 12 » İsveçrəli qızlar azərbaycan rəqslərini ifa etmişlər
İsveçrəli qızlar azərbaycan rəqslərini ifa etmişlər
9.56.26
]İsveçrəli qızlar azərbaycan rəqslərini ifa etmişlər

İsveçrənin Friebourq şəhərindəki “Sent Michel” kollecinin konsert salonunda Friebourg Konservatoriyasının rəqs bölməsi qala-konsert vermişdir. Konsertdə isveçrəli qızlardan ibarət rəqs qrupu Azərbaycanın iki milli rəqsini ifa etmişlər. Bu qrupun rəhbəri Friebourq Konservatoriyasının müəllimi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin fəal üzvü, Bern şəhərindəki Azərbaycan dili və mədəniyyəti məktəbinin rəqs müəllimi Gülnarə Spixer - Əhədovadır. Onun yetirmələri Adelaide Şlapferin solo ifa etdiyi “Qavalla rəqs” və qrupun “Vağzalı” rəqs nömrəsinin solisti Anouk Ziffermayerin, eləcə də rəqqasələr Joelle Aeby, Maude Xaubert, Julia de Martino, Flora Dousse, Jeanne Gumy, Gina Maag, Lucie Ryser, Nadine Spixer, Manon Mottet-Rio, Julie Fisxer, Marion Francey, Salome Kollinin məharətli ifası böyük maraq və alqışlarla qarşılanmışdır. Konsertin sonunda Gülnarə Spixer - Əhədova qısa müddət ərzində hazırladığı bu rəqs nömrələri barədə ətraflı məlumat vermişdir. Azərbaycan milli rəqslərinin isveçrəli ifaçılarına Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin hazırladığı mükafatlar təqdim olunmuşdur.
Şərh sayı:
Каteqoriya: Xəbərlər | Baxılıb: 1070 | Müəllif: Murdiska | Reytinq: 0.0/0 |
Şərhlər: 4
  [Xəbər] 4. | Yazdı: Murdiska | 2009-02-21



  

nece ne bilim pes kim bilmelidi