Ana Səhifə Sual Və Problemlər Statistika
Adminlə Əlaqə


Bölmələr

Mini-Chat
500

Sorğu




Ana Səhifə » 2009 » Fevral » 9 » Tapmacalar
Tapmacalar
3.41.39

Bədəni yerdə,
Saqqalı göydə.
Açması: Turp



***

Bir damım var, qapısı yox.
Açması: Qarpız


***

Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
Açması: Kartof



***

Ləyənda, ay ləyəndə,
Gül boynunu əyəndi,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Açması: Xiyar

***

Ağ yerə toxum səpərlər
Açması: Yazı


***

Ağzı birdi, dili mindi, Gah belə deyir, gah elə.
Açması: Qələm



***

Ağca atı nalladım,
Səmərqəndə yolladım.
Açması: Məktub



***

Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.
Açması: Paravoz



***

Bir qapağı, Min yarpağı.
Açması: Kitab



***

Bir qarpızım var cığal
Üstünə dünya sığar.
Açması: Qlobus



***

Bir sehirli fanaram,
Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram.
Açması: Elektrik lampası



***

Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.
Açması: Təyyarə



***

Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr
Gəlib yerdə dincələr.
Açması: Kosmonavt


***

Gedir-gedir izi yox,
Kəsir-kəsir qanı yox.
Açması: Paraxod



***

O nədi ki, yeməyi benzindi,
Ayağı rezindi.
Açması: Avtomobil



***

Özü qara, sözü ağ.
Açması: Yazı lövhəsi



***

O nədi ki, içində qışdır,
Çölündə bahar.
Açması: Soyuducu


Avın alsan mırıldar,
Sığallasan xoruldar.
Açması: Pişik



***

Ağzı qara boz bəylər,
Vursan ağzın əyilər
Açması: Canavar



***

Ağızı var, dili olmaz,
Yüz ağac vur çığırmaz.
Açması: Balıq



***

Adam döyül, əl-ayağı, dişi var,
Əcəb şeydi, qərəvəllə işi var.
Açması: Meymun



***

Bağda sürünər gəzər,
Az-az görünər gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.
Açması: Kirpi



***

Bir atım var minə bilmirəm.
Ağzın açsa dinə bilmirəm.
Açması: Şir



***

Bir axmaq öküzüm var,
İləndirib ət yeyər.
Açması: Ayı



***

Qaya altdan qaz gedər,
Burnun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi il boğaz gedər.
Açması: Fil



***

Qızılgül beçə verdi,
Sana gör neçə verdi?
Yarpaqsız ağac gördüm.
Torpaqsız beçə verdi
Açması: Maral buynuzu



***

Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan bərk yapışar.
Açması: Kərtənkələ



***

Dik çıxanda ildırım,
Dik enəndə digirqoz.
Açması: Dovşan



***

Dilim-dilim nar,
Diziməcən qar,
Yeddi dananın gönü,
Bircə ayağıma dar.
Açması: Siçan



***

Yer altında yağlı küt.
Açması: Porsuq



***

O nədi ki, evə girməz,
Sədaqəti eldə gəzər.
Açması: İt


Ağ uzatdım,
Al toxudum,
Qara sərdim
Açması: Böyürtkən



***

Ağac başında al yanaqlı qız
Açması: Alma



***

Ağac başında qırmızı qız.
Açması: Zoğal



***

Ağac başında qımro bitər.
Açması: Fındıq



***

Ağac başında sarı yemiş.
Açması: Xurma



***

Ağac başında sarı yumaq
Üstünə səpilib ağ sumaq.
Açması: Heyva



***
Bir yanı ağ,
Bir yanı al.
Ağzına al,
Dadı bal.
Açması: Şaftalı



***

Bir təndirim var iki çörək tutur.
Açması: Qoz



***

Qahqah qalası var bunun,
Qan pilayası var bunun,
Nə doğur, nə törəyir,
Pərvaz balası var bunun.
Açması: Çiyələk



***

Dağda bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.
Açması: Nar



***

İpsiz iynə, deşiksiz muncuq,
Allah düzər, adam üzər.
Açması: Üzüm



***
Heyva kimi sap sarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.
Açması: Armud


IMZA:EkO



 

Şərh sayı:
Каteqoriya: Lətifə və Aforizmlər | Baxılıb: 4568 | Müəllif: friends | Reytinq: 0.0/0 |
Şərhlər: 4
  [Xəbər] 4. | Yazdı: | 2013-07-27



  

bir tapmaca deyim iki adam yol ile gedirmis balaca boyuyun ogludu lakin boyuk balacanin atasi deyil acmasi nedir di tapin