Ana Səhifə Sual Və Problemlər Statistika
Adminlə Əlaqə


Bölmələr

Mini-Chat
500

Sorğu




Ana Səhifə » 2009 » Fevral » 12 » İndi Röyanın qiyməti 4 manat olacaq
İndi Röyanın qiyməti 4 manat olacaq
9.53.41

İndi Röyanın qiyməti 4 manat olacaq

Populyar müğənni albom buraxmaqdan imtina edib, lakin onun fanatları mahnılara “Röya” jurnalına əlavə edilmiş diski əldə edib qulaq asa bilərlər. Bir müddət dincəldikdən sonra, müğənni yenidən yaradıcılığa üz tutub. Bu yaxınlarda Röya Enim Kəriminin bəstələdiyi «Mən danışıram rəqslə» kompozisiyasına klip çəkdirib.
Müğənninin sözlərinə görə, bu mahnıya çoxdan klip çəkdirmək fikrində idi. Aqil M. Quliyevin çəkdiyi klip dizayner və rejissor Samir Fərzəlibəyovun kompüter qrafikaları ilə zəngindir.
Röyanın iki günlük konsertinə gəldikdə isə, məlum olub ki, konsert proqramı iki hissədən ibarət olacaq. Birinci hissədə müğənni klassik mahnılar ifa edəcək, ikinci hissədə isə... Bu barədə Röya hələ ki, açıqlama vermək istəmir.
Audiopiratların fəaliyyətini nəzərə alan Röya albom buraxmaqdan imtina edib. Lakin diskdən götürülən sinqllara dinləyicilər “Röya” jurnalını əldə edəndən sonra qulaq asa biləcəklər. Bu günlərdə 5 min tirajla çıxan “Röya” jurnalını alanlar, yeni «Sənsiz sevgim» mahnısını dinləyə bilərlər. Jurnalın qiyməti 4 manat olacaq.
Şərh sayı:
Каteqoriya: Xəbərlər | Baxılıb: 767 | Müəllif: Murdiska | Reytinq: 5.0/1 |
Şərhlər: 3
  [Xəbər] 3. | Yazdı: Murdiska | 2009-02-21



  

afro afro afro